Braziliya Prezidenti bu səbəbdən işinə fasilə verəcək

braziliya-prezidenti-bu-sebebden-isine-fasile-verecek
Oxunma sayı: 4108

Braziliya Prezidenti Nuis İnasio Lula da Silva əməliyyat olunacağı üçün cümə günündən etibarən işinə fasilə verəcək.

“Qafqazinfo” xəbər verir ki, bu haqda EFE” nəşri məlumat yayıb.

Bildirilib ki, dövlət başçısı bud sümüyündən əməliyyat olunacağı üçün ölkə paytaxtında xəstəxanaya gedəcək. 

Oktyabrda 78 yaşı tamam olan Lula da Silvanın əməliyyatdan sonra beş gün xəstəxanada qalacağı bildirilir. Daha sonra əməliyyatdan sonra sağalmasını davam etdirmək üçün evə qayıdacaq. Bu prosesin ümumi müddətinin üç-dörd həftə çəkəcəyi qeyd edilir.