Braziliyada polisin keçirdiyi əməliyyat zamanı azı 21 nəfər ölüb

braziliyada-polisin-kecirdiyi-emeliyyat-zamani-azi-21-nefer-olub
Oxunma sayı: 1680

Rio-de-Janeyroda polisin narkotik alveri ilə məşğul olan təşkilatın liderlərini ələ keçirmək üçün keçirdiyi əməliyyat zamanı azı 21 nəfər ölüb, 7 nəfər yaralanıb.

Bu barədə “Qafqazinfo” “The Guardian”a istinadən xəbər verir.

Məlumata görə, əməliyyat zamanı 41 yaşlı qadın təsadüfi güllənin qurbanı olub.

Qeyd olunur ki, bu, Rio-de-Janeyroda ən çox ölümün qeydə alındığı əməliyyatlardan biridir. Bundan bir il öncə keçirilən əməliyyatda 28 nəfər ölmüşdü.