Braziliyadakı iğtişaşlarda 400 nəfər saxlanıldı

braziliyadaki-igtisaslarda-400-nefer-saxlanildi
Oxunma sayı: 993

Yanvarın 8-i Braziliyanın paytaxtı Braziliada baş verən kütləvi iğtişaşlar zamanı azı 400 nəfər saxlanılıb.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin federal dairəsinin qubernatoru İbaneys Roşa açıqlayıb.

Onun sözlərinə görə, kütləvi iğtişaşlarda iştirak edən digər şəxslərin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, ötən gün Braziliyanın sabiq Prezidenti Jair Bolsonarunun tərəfdarları ölkə parlamentinə, ali məhkəməyə və dövlət başçısının iqamətgahına daxil olub. Belə ki, Bolsonaru tərəfdarları onun ötən il keçirilən prezident seçkilərindəki məğlubiyyətini qəbul etmirlər və onun hakimiyyətə qayıtmasını tələb edirlər. İnsident zamanı ölkə Prezidenti Lula da Silva ölkədə olmayıb. Onun andiçmə mərasimi isə yanvar ayında baş tutub.