“Brent” neftin qiyməti artdı

brent-neftin-qiymeti-artdi
Oxunma sayı: 1411

2025-ci ilin martında çatdırılacaq “Brent” markalı neftin fyuçerslərinin qiyməti 2024-cü il avqustun 13-dən bəri ilk dəfə bir barel üçün 82 dolları ötüb.

“Qafqazinfo” xəbər verir ki, bunu Londonun ICE birjasında ticarət məlumatları sübut edir.

Bakı vaxtı ilə saat 23:06-a olan birja məlumatına əsasən, “Brent” markalı neftin qiyməti 2,73% artaraq 82,1 dollar/barelə çatıb.