Fransız kino əfsanəsi Bricit Bardo 91 yaşında vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə onun fondu AFP-yə göndərdiyi bəyanatda bildirib.
“Bricit Bardo Fondu təsisçisi və prezidenti, dünyaca məşhur aktrisa və müğənni, nüfuzlu karyerasından imtina edərək həyatını və enerjisini heyvanların rifahına və fonduna həsr etməyi seçən Madam Bricit Bardonun vəfatını böyük kədərlə elan edir”, - deyə məlumatda ölümünün vaxtı və yeri göstərilmədən bildirilir.
B.Bardo 1956-cı ildə “...Və Tanrı qadını yaratdı” filmində rol aldıqdan sonra ulduza çevrilib və daha sonra təxminən 50 filmdə rol alıb. O, sonradan aktyorluqdan imtina edərək, özünü heyvan hüquqlarının müdafiəsinə həsr edib.


Son xəbərlər
Son Xəbərlər