Tədbirlərin birinə qatılan xalq artisti Brilliant Dadaşova kamera qarşısına keçib. “Qafqazinfo”ya fərqli pozalar verən xalq artisti yeniliklərindən danışıb:
“Mənim dünyam” albomum Türkiyədə işıq üzü gördü, pərəstikarlarım bəyəndi. Sözləri mənə məxsus mahnını ifa etdim. Faiq Şücəddinovun, Nailə Mirməmmədlinin mahnılarını aranjeman etdirirəm. Qənirə Paşayevanın sözlərinə bəstəkar Aynur musiqi bəstələyib, o da arenjeman olunur. Mahnılar çoxdur. Dayanmadan yeniliklər etməyə çalışıram. Yeni mahnılar yazdırıram. Bəzi həmkarlarım ifalarıma iradını bildirir. Mən isə onlara cavab vermək niyyətində deyiləm. Çünki mənim üçün heç nə dəyişmir”.
Könül





Son xəbərlər
Son Xəbərlər