Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Britaniya hökuməti yayıb.
Məlumata görə, həmin vəzifəyə Dunkan Norman təyin edilib.
O may ayında bu postda Fergus Auldu əvəz edəcək.
D.Norman “X” hesabında Azərbaycana səfir təyin olunması ilə bağlı paylaşım edib: “Böyük Britaniyanın Azərbaycandakı növbəti səfiri təyin olunmaqdan şərəf duyuram!
Böyük Britaniya-Azərbaycan tərəfdaşlığını dərinləşdirmək məqsədilə ikitərəfli münasibətlərimizin əsasları üzərində irəliləməyi və ortaq prioritetlərimiz üzrə mühüm işi davam etdirməyi səbirsizliklə gözləyirəm”.
Son xəbərlər
Son Xəbərlər