SOCAR-ın İvanişvili ilə heç bir problemi yoxdur

socar-in-ivanisvili-ile-hec-bir-problemi-yoxdur
Oxunma sayı: 650

SalamNews xəbər verir ki, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev son günlər bir sıra KİV-lərdə Gürcüstanın yeni hökumətinin Azərbaycanla imzalanan müqaviləyə yenidən baxacağı barədə gedən yazılara münasibət bildirərkən deyib.

O bildirib: "ARDNŞ Gürcüstanla normal iş rejimində işləyir. Mən bilmirəm ki, siz haradan bu informasiyanı götürürsünüz. Açığın deyim, məndə belə bir informasiya yoxdur. Biz Gürcüstanla işimizi biznes əsasında qurmuşuq və bu sahədə siyasi heç bir problemimiz yoxdur".