BŞTİ qətlə yetirilən məktəb direktoru ilə bağlı məlumat yaydı

bsti-qetle-yetirilen-mekteb-direktoru-ile-bagli-melumat-yaydi
Oxunma sayı: 11742

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ailəsi ilə birgə qətlə yetirilən 59 nömrəli tam orta məktəbin direktoru Əhmədova Pikə ilə bağlı məlumat yayıb.

“Qafqazinfo” xəbər verir ki, məlumatda qeyd olunub:

“BŞTİ-nin kollektivi məktəb direktorunun faciəli vəfatından kədərləndiyini bildirir, mərhumun doğmalarına və məktəbin müəllim-şagird kollektivinə dərin hüznlə başsağlığı verir”.

Qeyd edək ki, hadisə saat 16:30 radələrində paytaxtın Xətai rayonunda baş verib. Belə ki, 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlu, 1977-ci il təvəllüdlü Əhmədova Pikə Bədəl qızı və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlu kəsici alətlə qətlə yetirilib. Ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.