“Bu axşam 7 metri keçməliyik” - Video

bu-axsam-7-metri-kecmeliyik-video
Oxunma sayı: 746

Ölkədə ilk dəfə Füzuli 39 ünvanındakı tarixi binada reallaşan sürüşdürülmə prosesi hələ də davam edir. Artıq tarixi bina 5 metr 30 sm sürüşdürülüb. Hollandiyanın Bresser şirkəti və yerli mütəxəssislər tərəfindən aparılan proses binanın alt hissəsinə yerləşdirilən 210 ədəd hidravlik qurğunun köməyi ilə həyata keçirilir. Saatda 8 sm sürüşdürülən binada işlərə bu ayın 23-də başlanıb və demək olar ki, prosesin yarı hissəsi görülüb.

Hollandiyadan gətirilən xüsusi qurğu ilə idarə olunan bina həyətyanı sahəsi ,eləcədə mənzil sahiblərinin evlərindəki əşyalarla bərabər sürüşdürülür. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sözlərinə görə, Füzuli 39 ünvanındakı təcrübə gələcəkdə digər tarixi binalara da şamil oluna bilər.

Qeyd edək ki, adıçəkilən bina hələ 1908-ci ildə neft maqnatları İsa və Kazım bəy Hacınski qardaşları tərəfindən inşa olunub. Onun sürüşdürülməsində məqsəd tarixi memarlıq nümunəsi kimi qorunması və Füzuli küçəsinin genişləndirilməsidir.



anspress