Bu dəfə bankomatlar qarşısında fərqli mənzərə - Video

Bu dəfə bankomatlar qarşısında fərqli mənzərə
Oxunma sayı: 6843

Ötən gündən etibarən pensiya ödənişlərinə başlanılıb. Bu gün Bakının Nizami, Nərimanov və Xətai rayonları sakinlərinin pensiyası ödənilib.

"Qafqazinfo" xəbər verir ki, bu dəfə bankomatlar qarşısında tamamilə fərqli mənzərə yaranıb.

Belə ki, pensiya almaq məqsədiylə bankomatlara üz tutan vətəndaşlar polisin nəzarəti ilə sosial məsafəni qoruyaraq növbədə dayanıblar.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq, bankomatlar qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyalarının, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərinin, eləcə də Ünvanlı Dövlət Sosial Yardımlarının ödəniş qrafikləri xüsusi karantin rejimi müddətinə dəyişdirilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi