“Bu əlaqələr uzun illərdir uğurla inkişaf edir” - Yenilənib

bu-elaqeler-uzun-illerdir-ugurla-inkisaf-edir
Oxunma sayı: 411

“Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib.

Dövlət başçısı bu gün təkbətək və geniş tərkibdə görüşlərdə bir çox önəmli məsələlərin müzakirə edildiyini vurğulayıb.

İlham Əliyev həmçinin qeyd edib ki, siyasi əlaqələrə gəldikdə, bu əlaqələr uzun illərdir uğurla inkişaf edir.

“Otuz ildən çoxdur ki, aramızda diplomatik əlaqələr qurulmuşdur və bu illər ərzində bir çox beynəlxalq təşkilatlar çərçivəsində biz hər zaman həmrəylik göstəririk, qarşılıqlı dəstək göstəririk. Bu, bu gün də belədir və əminəm ki, bundan sonra da belə olacaq”, - deyə Prezident əlavə edib.

***

Dövlət başçısı qeyd edib ki, Laos bizim üçün dost ölkədir.

İlham Əliyev xatırladıb ki, 30 ildən çoxdur davam edən diplomatik əlaqələr bunu bir neçə dəfə göstərmişdir.