Bu ərazilərdə işıq yoxdur

bu-erazilerde-isiq-yoxdur
Oxunma sayı: 488

Maştağa Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bu gün Maştağa ETSİ ərazisində 10 kV-luq 580 N-1 və N-2 elektrik xətlərində əsaslı təmir və yenidənqurma işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Pirşağı bağları yaşayış massivi və Ləhic bağları adlanan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.