Bu ərazilərə yağış yağıb

bu-erazilere-yagis-yagib
Oxunma sayı: 263

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ölkə ərazisinin bəzi rayonlarında, eləcə də Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 19 (aylıq normanın 64%-i), Lerikdə 2, Qusarda 1 mm-dir.

Şərur, Sədərək, Şəmkir, Qobustan, Sabirabad, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.