“Bu, Ermənistanın öz seçimidir” - Lavrov

bu-ermenistanin-oz-secimidir
Oxunma sayı: 4017

“Ermənistanın KTMT-dən çıxmaqla bağlı bəyanatları onun suveren seçimidir”.

“Qafqazinfo” Gazeta.ru nəşrinə istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlaması zamanı bildirib.

“Bu, onun suveren seçimidir, Ermənistan rəhbərliyinin seçimidir”, - deyə Rusiya XİN rəhbəri bildirib.

Qeyd edək ki, 2023-cü ilin yanvarında Ermənistan hakimiyyəti ölkə ərazisində KTMT təlimlərini keçirməkdən imtina etdiyini açıqlayıb. Sentyabrda isə İrəvanın KTMT-dəki daimi nümayəndəsi geri çağırılıb. Elə həmin ay Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, KTMT ölkəsinin xarici təhlükəsizliyini təmin etmək üçün kifayət etmir.