Bu fotodakı şəxs şəhid atası deyil

Bu fotodakı şəxs şəhid atası deyil
Oxunma sayı: 4417

Sosial şəbəkələrdə son şəhidin atası kimi təqdim edilən və müxtəlif həssas reaksiyalara səbəb olan foto ilə bağlı kiçik bir araşdırma aparmışıq. 

“Qafqazinfo” xəbər verir ki, bu gün səhər saatlarından bir çox sosial şəbəkə istifadəçilərinin şəhid atasının görüntüsü kimi  paylaşdığı şəkil əslində, Azərbaycanda deyil, 2014-cü ildə Türkiyədə lentə alınıb.

Həmin vaxt Ermenek mədənində qəza baş verib və sözügedən şəxsin oğlu da orada həlak olub.

Qeyd edək ki, sözügedən fotonu paylaşanlar arasında tanınmış ictimaiyyət nümayəndələri də var. Belə həssas mövzuda paylaşım edərkən ən azı onların diqqətli olması vacibdir.

 

 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi