Bu görüntülər Bakıda çəkilib? - Video

bu-goruntuler-bakida-cekilib
Oxunma sayı: 10686

Sosial şəbəkədə metroda qadınlar arasında davanın görüntüləri yayılıb. Videonun Bakıda çəkildiyi iddia olunub. 

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC ilə əlaqə saxladıq. Qurumdan “Qafqazinfo”ya bildirilib ki, görüntülər Bakı metrosunda çəkilməyib. 

DİN Mətbuat xidməti də hadisə ilə bağlı açıqlama yayıb: “Bu görüntülər “Bakı Metropoliteni”ndə qeydə alınmayıb. Metropolitendə Polis İdarəsində aparılan araşdırmalarla məlum olub ki, görüntülər başqa ölkədə çəkilib”. 

Gülnar Əliyeva