“HƏMAS hərəkatının lideri Yəhya Sinvarın məhv edilməsi qruplaşmanın “son gününün başlanğıcı” olacaq”.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Bu gün hesabı həll etdik. Bu gün pisliyə zərbə vurulub, amma bizim vəzifəmiz hələ də tamamlanmayıb”, - deyə hökumət başçısı bildirib.
Netanyahu həmçinin girovların ailələrinə müraciət edib. O, videomüraciətində bildirib ki, İsrail Müdafiə Qüvvələri onları evlərinə qaytarmaq üçün “tam gücü ilə” çalışacaq.
Son xəbərlər
Son Xəbərlər