Bu gün Sarayevo Film Festivalı başlayır - Foto

bu-gun-sarayevo-film-festivali-baslayir
Oxunma sayı: 2494

Bu gün 29-cu Sarayevo Film Festivalı (SFF) başlayır. 

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu il “Sarayevonun ürəyi” fəxri mükafatı ABŞ rejissoru və ssenaristi Çarli Kaufmana təqdim olunacaq.

O, bu mükafata kino sənətinə verdiyi müstəsna töhfələrə görə layiq görülür.

Qeyd edək ki, Sarayevo Film Festivalında bu il 230-dan çox film nümayiş etdiriləcək.