“Bu günü də gördük…” - Yeni nazirin atası

bu-gunu-de-gorduk
Oxunma sayı: 53136

Türkiyənin yeni nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun atası Əli Uraloğlunun səmimi müsahibəsi maraqla qarşılanıb.

"Qafqazinfo" “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, nazirin atası oğlu barədə danışıb.

Onun sözlərinə görə, ailəsini vəzifə maraqlandırmır, onların işi dövlətə xidmət və Allah sevgisidir:

"Biz haradan haralara gəldik? Uca Allaha şükürlər olsun. Bu günü də gördük. Bizi vəzifə maraqlandırmır, işimiz ancaq dövlətə xidmət və Allah sevgisidir. Allah övladıma bu eşqi verib. Oğlumla da danışdım, fikrimi çatdırdım. İllərdir anası ölüb, mənə çox bağlıdır. Onun üçün dua edirəm”.

Qeyd edək ki, nazir 1966-cı ildə Trabzonda anadan olub.