Bu hərbçilərin aylıq vəzifə maaşı artırıldı - Qərar

bu-herbcilerin-ayliq-vezife-maasi-artirildi
Oxunma sayı: 17357

“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiqlənib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Xəbəri rus dilində oxuyun: Подорвавшийся на мине Гасанали окончил БГУ с отличием

Qərarla Maliyyə Nazirliyinə tapşırılıb ki, tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.

Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.