Bu idarəyə yeni rəis təyin edildi

bu-idareye-yeni-reis-teyin-edildi
Oxunma sayı: 2130

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinə yeni rəis təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, Gənclər və İdman naziri Fərid Qayıbovun əmri ilə sözügedən vəzifəyə Elşən Hüseynov təyin olunub.

Yeni rəis daha əvvəl Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik tərbiyəsi sektorunun müdiri olub.

Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev bir neçə gün əvvəl vəzifəsindən azad edilib.

Yunis Quliyev