Bu kəndlərin adı dəyişdirilir

bu-kendlerin-adi-deyisdirilir
Oxunma sayı: 3935

Azərbaycanda üç kəndin adı dəyişdirilir.

“Qafqazinfo” xəbər verir ki, Milli Məclis yanında Toponimiya Komissiyasının bu gün keçirilən iclasında Quba rayonu ərazisində üç kəndin adının dəyişdirilməsi ilə bağlı məsələ müzakirə olunub.

İclasda Quba rayonunda Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Vladimirovka kəndinin adının Elbir, Alekseyevka kəndinin adının Çinarlı və Timiryazev kəndinin isə Bəhrəli kimi dəyişdirilməsi barədə qərar qəbul edilib.

Müzakirələrin yekunu olaraq məsələ Milli Məclisin plenar iclasına təklif olunub.

Nuranə Daxilqızı