Bu mahnı işğaldan azad olunmuş torpaqlarla bağlı stimul verir - Video

bu-mahni-isgaldan-azad-olunmus-torpaqlarla-bagli-stimul-verir
Oxunma sayı: 5067

Vətən müharibəsində şəhid olan hərbçilərimizə və əsgərlərimizə ithafən videoçarx hazırlanıb.

“Qafqazinfo” xəbər verir ki, çarxda şəhidin sözləri şeir formasında səsləndirilib. Layihənin müəllifi Naid Şadxandır.

Digər vətənpərvərlik layihəsinə isə müğənni Dilarə Kazımova imza atıb. Bir neçə həftə əvvəl ermənilərin şikayəti nəticəsində “Youtube” kanalı bağlanan ifaçı “Azərbaycanım” adlı mahnını repertuarına daxil edib.

Dilarə musiqisi Faiq Sücəddinov, sözləri Baba Vəziroğluya aid olan iş barədə fikirlərini belə ifadə edib:

“İnformasiya cəbhəsində vuruşanda eyni zamanda mahnı ilə dəstək olmaq istəyirdim. Öz töhfəmi musiqi ilə, səsimlə vermək niyyətində idim. Faiq Sücəddinov zəng etdi ki, sənin səsinə uyğun mahnı var. Mən çox bəyəndim. Bu mahnının sözləri çox gözəldir, inam və ümid verəndir. İşğaldan azad olunmuş torpaqlara həyatın, baharın gəlməsini tərənnüm edir, stimul verir. Həmin torpaqların əvvəlki halından daha gözəl olacağından bəhs edir”.