Bu marşrut üzrə axşam reysləri təyin edilir

bu-marsrut-uzre-axsam-reysleri-teyin-edilir
Oxunma sayı: 2630

ADY sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə həftənin cümə günləri Bakıdan axşam reysləri təyin edir.

“Qafqazinfo” xəbər verir ki, oturacaq tipli vaqonlardan ibarət sürət sərnişin qatarı:

12, 19, 26 yanvar və 2 fevral tarixlərində saat 23:55-də Bakı Dəmiryol Vağzalından Ağstafaya,

14, 21, 28 yanvar və 4 fevral tarixlərində saat 15:00-da Ağstafadan Bakıya yola düşəcək.

Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz.