Bu marşrut xəttinə yeni avtobuslar verildi - Fotolar

bu-marsrut-xettine-yeni-avtobuslar-verildi
Oxunma sayı: 2388

Bu gündən etibarən Lökbatan qəsəbəsi daxilində fəaliyyət göstərən 111 nömrəli müntəzəm marşrut xətti üzrə yeni avtobuslar sərnişinlərin istismarına verilib. 

“Qafqazinfo” xəbər verir ki, “BMH” MMC şirkəti hazırda xətt üzrə istismarda olan avtobuslardan 4 ədədini “İsuzu Novociti” markalı nəqliyyat vasitəsi ilə əvəz edib. 

Yaxın vaxtlarda daha 10 ədəd eyni model avtobusların gətirilərək xəttə buraxılması nəzərdə tutulub.