Bu meyvələr sizi kökəldə bilər

bu-meyveler-sizi-kokelde-biler
Oxunma sayı: 5537

Rusiyalı dietoloq tibb elmləri namizədi Oksana Panova arıqlamaq istəyənlərə şam yeməyində meyvələrdən imtina etməyi məsləhət görüb.

“Qafqazinfo” xəbər verir ki, onun açıqlamasını “Gazeta.Ru” təqdim edib:

“Xüsusilə yüksək glisemik indeksi olan qidalar: banan, üzüm, şirin alma”.

Mütəxəssis izah edib ki, bu meyvələrin tərkibində çoxlu miqdarda təbii şəkər var ki, bu da qanda insulinin səviyyəsini artırır və çəki artımına kömək edir.

Panova, 18:00-dan sonra şirin meyvələrdən tamamilə imtina etməyi və şəkərsiz olanların istifadəsini məhdudlaşdırmağı tövsiyə edib.