Bu ölkə Gürcüstan rəhbərliyi ilə münasibətlərə yenidən baxacaq

bu-olke-gurcustan-rehberliyi-ile-munasibetlere-yeniden-baxacaq
Oxunma sayı: 3492

Gürcüstanda keçirilən parlament seçkilərindən sonra Kanada bu ölkənin rəhbərliyi ilə münasibətlərinə yenidən baxmaq niyyətindədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, Kanada 2024-cü il oktyabrın 26-da ölkənin Mərkəzi Seçki Komissiyasının elan etdiyi parlament seçkilərinin rəsmi nəticələrini nəzərə alıb.

“Biz bütün tərəfləri sakitliyə, Gürcüstan hakimiyyətini isə dinc etirazlar kontekstində insanların hüquq və təhlükəsizliyinə hörmət etməyə çağırırıq”, - Kanada XİN-in bəyanatında bildirilir.