Bu ölkə OPEC-i tərk edir

bu-olke-opec-i-terk-edir
Oxunma sayı: 1355

Ekvador 2020-ci ildə OPEC-i tərk etməyi planlaşdırır.

“Qafqazinfo” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Ehtiyatlar Nazirliyinin məlumatında deyilir. Ekvador təşkilatı növbəti ilin yanvarında tərk etməyi planlaşdırır. Hökumət bunu maliyyə problemləri səbəbindən xam neftdən gələn gəlirləri artırmaq üçün etdiyini açıqlayıb.

Qeyd edək ki, Ekvador OPEC-in ən kiçik istehsalçılarından biridir. Burada 2018-ci ildə neft hasilatı sutka ərzində 517 min barrel təşkil edib.