Bu ölkə Rusiyadan qaz, neft və elektrik enerjisi almayacaq

Bu ölkə Rusiyadan qaz, neft və elektrik enerjisi almayacaq
Oxunma sayı: 1907

Litva mayın 22-dən Rusiyadan qaz, neft və elektrik enerjisi almayacaq. 

“Qafqazinfo” “Delfi”yə istinadən xəbər verir ki, bu barədə ölkənin energetika naziri Daynüs Kreyvis bildirib.

“Bu, müharibə aparan Ukrayna ilə həmrəylimizin ifadəsidir. Biz Rusiya hərbi maşınının pulumuzun hesabına maliyyələşməsinə imkan verə bilmərik”, - nazir deyib.

Onun sözlərinə görə, sinxronizasiya uğurla başa çatdıqdan sonra ölkə tam enerji müstəqilliyinə nail olacaq və elektrik enerjisinə olan tələbatını öz yaşıl enerjisi hesabına ödəyəcək və ixrac edən dövlətə çevriləcək.

Kreyvis əlavə edib ki, Litva qazı ABŞ-dan alır. Ölkə öz enerjisini istehlak edir, həmçinin onu Avropa İttifaqı ölkələrindən alır.