Bu ölkədə 1950-ci ildən bəri ən isti payız yaşanır

bu-olkede-1950-ci-ilden-beri-en-isti-payiz-yasanir
Oxunma sayı: 3192

İspaniyada sentyabrın əvvəlindən bəri mövsüm normalarının üzərində olan temperaturun davam edəcəyi və ölkədə 1950-ci ildən bəri ən isti payızı yaşayacağı təxmin edilir.

“Qafqazinfo” xəbər verir ki, İspaniya Meteorologiya İnstitutunun (AEMET) sözçüsü Ruben del Kampo, EFE xəbər agentliyinə verdiyi açıqlamada, ilin bu dövrü ilə müqayisədə bütün ölkə ərazisində “fövqəladə və güclü istilərin” yaşandığını bildirib.

O, payızda ölkə daxilində temperaturun mövsüm normalarından 5-10 dərəcə yuxarı olacağının gözlənildiyini qeyd edib.

Yaxın 10 gün ərzində İspaniyanın bir çox regionlarında orta temperaturun 30-32 dərəcəyə, Ebro vadisində və Pireney yarımadasının cənub-qərbində 32-34 dərəcəyə, Guadalquivir Vadisində isə 36-38 dərəcəyə çatacağı gözlənilir.