Bu ölkədə 260-dan çox məhbus səhvən azadlığa buraxıldı

bu-olkede-260-dan-cox-mehbus-sehven-azadliga-buraxildi
Oxunma sayı: 1966

Son 1 il ərzində Böyük Britaniyada 260-dan çox məhbus səhvən azadlığa buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sky News” hökumətin rəsmi məlumatlarına istinadla yazıb.

Məlumata görə, 2024-cü ilin martından 2025-ci ilin martına qədər ümumilikdə 262 nəfər azad edilib. Onlardan 233-ü həbsxanalardan, 29-u isə məhkəmələrdən buraxılıb.

Rəqəmlər göstərir ki, bu tip hadisələrin sayı əvvəlki illə müqayisədə 128% artıb.

Məsələ ilə bağlı Britaniya Ədliyyə Nazirliyi hadisələrin səbəblərinin araşdırıldığını və gələcəkdə bu kimi səhvlərin qarşısını almaq üçün əlavə tədbirlər görüləcəyini bildirib.