Bu ölkədə məktəblərdə fond pulu ləğv edildi

bu-olkede-mekteblerde-fond-pulu-legv-edildi
Oxunma sayı: 2981

Qırğızıstan Prezidenti Sadır Japarov məktəblərdə valideynlərdən pul yığılmasını, eləcə də bunun üçün ictimai fondun yaradılmasını qadağan edib.

"Qafqazinfo" xəbər verir ki, fərman ölkə prezidentinin mətbuat xidmətinin saytında yerləşdirilib.

Bildirilib ki, şagirdlərin valideynlərindən pul yığmaq, valideyn komitələrinin işində iştirak etmək qadağandır.

Artıq məişət əşyalarının təmiri, mühafizəsi və alınması üçün vəsait Qırğızıstanın dövlət büdcəsindən ayrılmalıdır.