“Bu portal mötəbər mənbəyə çevrilib” - Heydər Məmmədov

bu-portal-moteber-menbeye-cevrilib
Oxunma sayı: 3250

“Azərbaycan” qəzetində Baş prokurorun müavini Heydər Məmmədovun məqaləsi dərc edilib.

“Qafqazinfo” xəbər verir ki, “İnsan hüquqlarının müdafiəsini şərtləndirən əsaslar: Hədəflər və çağırışlar” adlı məqalədə son illərdə Baş Prokurorluqda aparılmış islahatlardan bəhs edilib.

Bildirilib ki, prokurorluq orqanları insan hüquqlarının müdafiəsi sahəsində öz fəliyyətini müasir çağırışlara uyğun, çevik və dinamik şərtlər əsasında quraraq uğurla həyata keçirir.

Bu məqsədlə, Baş Prokurorluq tərəfindən 3000-dək müxtəlif hüquqi materialı əhatə edən İnsan Hüquqları üzrə Sənədlərin Axtarış Portalı (İHSAP) yaradılıb: “Portal prokurorluq işçiləri, vəkillər, hakimlər, hüquqşünaslar tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası, “Mülki və siyasi hüquqlar haqqında”, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktlar, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ, insan hüquq və əsas azadlıqlarının müdafiəsinə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələr və onlarla əlaqəli olan beynəlxalq hüquqi sənədlər, xarici ölkələrin konstitusiya nəzarəti orqanlarının məhkəmə təcrübəsi, elmi-metodiki, informativ ədəbiyyatlar, hüquqtətbiqetmə prosesində tövsiyələr və digər beynəlxalq təcrübə, nəzəri məsələlər üzrə faydalı məlumatların asanlıqla əldə edilməsi və təcrübədə tətbiqi məsələlərini əhatə edir”.