Bu yolda diqqətli olun

bu-yolda-diqqetli-olun
Oxunma sayı: 1976

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə 1-5 oktyabr tarixlərində Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 11-120-ci km-lik hissəsində (hər iki istiqamət üzrə) təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.

“Qafqazinfo” xəbər verir ki, sürücülərdən magistral yolun sözügedən hissəsində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.