Bugünkü qəzada ölən şagirdlərin - Fotoları

bugunku-qezada-olen-sagirdlerin
Oxunma sayı: 8703

Xəbər verdiyimiz kimi, bu gün Zaqatala rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, “Mercedes” markalı minik avtomobili yol kənarı ilə gedən 2013-cü il təvəllüdlü 3 məktəblini vurub.

Göyəm kənd orta məktəbinin şagirdləri olan məktəblilərdən Ramazan Babək oğlu İsayev və Kamal Elçin oğlu Permadov qəzanın baş verdiyi yerdə ölüblər. İbrahim Əziz oğlu İbrahimzadə isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onların hamısı eyni sinfin şagirdi olub.

Xəbəri rus dilində oxuyun: “Водители высаживают пассажиров и уезжают обратно”

Qəzada həlak olan şagirdlərin fotolarını təqdim edirik: