Bulvarda intihar - 23 yaşlı tələbə özünü dənizə atdı

bulvarda-intihar
Oxunma sayı: 8416

Dənizkənarı Milli Park ərazisində bir nəfər dənizə düşüb.
 
“Qafqazinfo”nun APA-ya istinadən  məlumatına görə, hadisə “Yaxt Klub”a yaxın ərazidə qeydə alınıb.

Dənizə düşən kişinin kimliyi hələlik açıqlanmır. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib.
 
Hadisənin intihar və ya bədbəxt hadisə olub-olmadığı məlum deyil.
 
Araşdırma aparılır.

***

Bu gün saat 16:45 radələrində bulvarda özünü dənizə atan şəxsin kimliyi müəyyən olunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, onun Lerik rayon sakini,1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlu olduğu bəlli olub. 

M. Cahangirov Azərbaycan Dövlət Pedoqoji Universitetinin Coğrafiya fakültəsinin 4-cü kursunda təhsil alırmış. Bir ay sonra, fevralın 10-da M. Cahangirov 23-cü doğum gününü qeyd edəcəkdi.

Hazırda meyitin axtarışları davam etdirilir.

O, özünü atmadan öncə kurtkasını çıxararaq sahildə qoyub. 

Murad Əhməd