“Bundan sonra da hərbçilərin mənzillə təminatı davam edəcək”

bundan-sonra-da-herbcilerin-menzille-teminati-davam-edecek
Oxunma sayı: 2509

“Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili xidmət eləmiş insanlar var, onlar indiyə qədər mənzil alıblar. Bundan sonra da hərbçilərin mənzillə təmin edilmə hüququ davam edəcək”. 

“Qafqazinfo” xəbər verir ki, bunu bu gün Milli Məclisdə “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi ətrafında müzakirələrlə bağlı keçirilən mətbuat konfransında parlamentin Müdafiə, Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib. 

“Yəni nə qədər ordu var, nə qədər Azərbaycan dövləti var, belə olub, belə də olacaq. Burada heç bir problem yoxdur. Sadəcə olaraq, çox təəssüf edirəm ki, bəzi Azərbaycanı istəməyən qüvvələr bundan sui-istifadə edirlər. Sual verirlər ki, niyə 20 ildən 25 ilə qalxır? Bilirsiniz ki, hərbi qulluqçu beş və ya on ilə yetişmir. Hər gün yeni texnologiyalar çıxır. Buna görə də yeni texnologiyalarla ordunu komplektləşdirmək lazımdır. Eyni zamanda texnologiyaları, hərbi elmi mənimsəmək lazımdır. Dünya təcrübəsindən götürülüb ki, sırf kamil bir hərbçinin yetişməsi üçün ən azı 25 il lazımdır. Bundan sonra o, öz təcrübəsini onun arxasınca gələn gənc nəslə ötürə bilər. Məqsəd ondan ibarətdir ki, ordumuzun daha yaxşı komplektləşdirilməsi, texnika ilə davranış qabiliyyətini gücləndirməkdir”.

Zaur Mirzə