Burakdan 10 milyonluq hədiyyə - Foto

burakdan-10-milyonluq-hediyye
Oxunma sayı: 6244

Türkiyənin məşhur aktyoru Burak Özçivit özünə yeni avtomobil alıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun avtomobili 10 milyon lirə dəyərindədir. 

Aktyor "GMC Sierra Denali Pickup" markalı maşınının nişan nömrəsini oğulları Kerem və Kaanın adına uyğun olaraq "KRM" yazdırıb.

O, çox sevdiyi bu avtomobili özünə hədiyyə etdiyini bildirib. 

Qeyd edək ki, aktyor 2017-ci ildə həmkarı Fahriye Evcen ilə evlənib. Cütlüyün 2019-cu ildə Karan, 2023-cü ildə isə Kerem adlı övladları dünyaya gəlib.