Türkiyənin məşhur aktrisası Burcu Biricik ana olub.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı aktrisa İstanbulda dünyaya gələn qızına Luna adını verib.
Qeyd edək ki, Burcu Biricik uzun müddət sevgili olduğu reklamçı Emre Yetkinlə 2016-cı ildə ailə qurub.