BVF Ukraynaya 15,6 milyard dollar kredit ayrılmasını təsdiqlədi

bvf-ukraynaya-156-milyard-dollar-kredit-ayrilmasini-tesdiqledi
Oxunma sayı: 1461

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası Ukraynaya 115 milyard dollarlıq ümumi dəstək paketi çərçivəsində 15,6 milyard dollarlıq maliyyələşdirməni təsdiqləyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu açıqlama yayıb.

Açıqlamada, Şuranın qərarı ilə təxminən 2,7 milyard dolların dərhal ödənilməsinə icazə verildiyi bildirilib.

Qeyd edək ki, BVF keçən həftə Ukrayna ilə sözügedən maliyyə paketi ilə bağlı razılığın əldə edildiyini açıqlamışdı.