Camal İsmayılovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib - Fotolar

camal-ismayilovun-xatiresine-hesr-olunmus-anim-tedbiri-kecirilib
Oxunma sayı: 1239

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan İlahiyyat İnstitutunda Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid baş giziri Camal İsmayılovun xatirəsinə həsr olunmuş “Əbədi qəhrəmanlar” adlı anım tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə qəhrəman şəhidimiz Camal İsmayılovun həyat yolunun gənc nəsil üçün vətənpərvərlik nümunəsi olduğunu qeyd edib.

Millət vəkili Sabir Rüstəmxanlı 44 günlük Vətən müharibəsi sonunda əldə edilən şanlı qələbənin əhəmiyyətini vurğulayaraq bu qələbənin Camal İsmayılov kimi qəhrəman şəhidlərimizin qanı, canı hesabına əldə edildiyini bildirib.

Sonda çıxış edən şəhid XTQ baş giziri Camal İsmayılovun anası Filarə İsmayılova isə Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizin xalqımızın qürur mənbəyi olduğunu qeyd edib.

Tədbir tanınmış xanəndə Tural Salmanovun vətənpərvərlik ruhundakı ifaları ilə yekunlaşıb.