Astara rayonunun Şahağacı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəza sentyabrın 30-da saat 22 radələrində qeydə alınıb.
Bakı şəhər sakini Z.Hacıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun hərəkət hissəsində dayanmış çamışı vurub və sonradan idarəetməni itirdiyindən avtomobil yol ayırıcısına çırpılıb.
Nəticədə avtomobildəki sərnişin, Yadımlı rayon sakini Cavid Aslanov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər