Çanaqqalada Azərbaycan şəhidləri abidəsi ucaldıldı - Fotolar

canaqqalada-azerbaycan-sehidleri-abidesi-ucaldildi
Oxunma sayı: 3052

Türkiyənin Çanaqqala şəhərində Azərbaycan şəhidləri abidəsi ucaldılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tvitter hesabında yazıb.

O bildirib ki, Çanaqqala Zəfərinin 108-ci ildönümündə Çanaqqala Şəhidliyində türk qardaşlarımızla birlikdə bu müqəddəs torpaqda canlarını fəda edən Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılan abidə ziyarətçilərin istifadəsinə verilib.

Qeyd edək ki, Xatırladaq ki, 24 aprel 2015-ci il tarixində Çanaqqala döyüşlərinin 100-cü ildönümü münasibətilə Çanaqqala Şəhidliyi Kompleksində keçirilmiş xatirə tədbirində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev komplekslə tanışlıq zamanı Çanaqqala döyüşlərində şəhid olmuş azərbaycanlı döyüşçülərin xatirəsinin Çanaqqala Şəhidliyi Kompeksində əbədiləşdirilməsinə dair Azərbaycanın müvafiq dövlət qurumlarına göstəriş verib.

Abidə layihəsinin eskizini İlham Əliyevin tapşırığı ilə azərbaycanlı heykəltəraşlar hazırlayıb.