Çasov Yar bir aya necə dəyişdi?

casov-yar-bir-aya-nece-deyisdi
Oxunma sayı: 3367

“Rusiya ordusu Donetsk vilayətinin Çasov Yar şəhərinin artıq 70 faizinə nəzarəti ələ keçirib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Viktor Vodolatski deyib.

“Təbii ki, Çasov Yar azad olunacaq, biz irəliləyirik. O, artıq keçən aykı şəhər deyil”, - deyə o bildirib.

Xatırladaq ki, aprelin 19-da  Ukrayna Prezidenti Volodimir Zelenski Çasov Yar şəhərinə səfər edib.

O, Ukrayna Silahlı Qüvvələrinin 41-ci ayrı-ayrı mexanikləşdirilmiş briqadasının komanda məntəqəsinə baş çəkib və hərbçilərlə görüşüb.