Daha 3 itkin şəhidimiz dəfn olunacaq - Foto

daha-3-itkin-sehidimiz-defn-olunacaq
Oxunma sayı: 1378

Mayın 15-i üç itkin şəhidimiz dəfn ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Saat 15:00-da Rafiq Şirvan oğlu Cəfərov Füzuli rayonu, Əbdürrəhmanlı kənd qəbiristanlığında, saat 17:00-da Ələddin Həzi oğlu Həziyev və Zaur İmamqulu oğlu Sadıqov Füzuli rayonu, İşıqlı kənd qəbiristanlığı, şəhidlər cərgəsində torpağa tapşırılacaqlar.