Sərnişinlər metroda boş vaqonları əvvəlcədən görə biləcəklər

sernisinler-metroda-bos-vaqonlari-evvelceden-gore-bilecekler
Oxunma sayı: 225

“Yeni mobil tətbiq sərnişinlərə metrodan daha rahat və səmərəli istifadə imkanı yaradacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov Trend-ə müsahibəsində deyib.

“Mobil tətbiqdə sərnişinlər QR-kod vasitəsilə ödəniş edə biləcəklər. Hansı stansiyadan hansı stansiyaya daha tez çatmaq, günün hansı vaxtı sıxlığın az və ya çox olduğunu qabaqcadan görmək, qatarın hansı vaqonunun nisbətən boş olduğunu əvvəlcədən bilmək imkanları olacaq”, - deyə o vurğulayıb.