“Avroviziya 2026”nın ilk finalçıları müəyyənləşdi

avroviziya-2026nin-ilk-finalcilari-mueyyenlesdi
Oxunma sayı: 209

Avstriyanın Vyana şəhərində keçirilən “Avroviziya 2026” mahnı müsabiqəsinin ilk yarımfinal mərhələsi başa çatıb və finala yüksələn ölkələr müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, yarımfinalda 10 ölkə finala vəsiqə qazanaraq, şənbə günü keçiriləcək həlledici mərhələyə adlayıb.

Eyni zamanda, bəzi tanınmış ifaçılar və ölkələr yarışmadan kənarda qalıb.

Finala vəsiqə qazanan ölkələr bunlardır:

Belçika

Xorvatiya

Finlandiya

Yunanıstan

Litva

Moldova

Polşa

Serbiya

İsveç

İsrail

Yarımfinal nəticələrinə əsasən, Estoniya, Gürcüstan, Monteneqro, Portuqaliya və San Marino müsabiqədən kənar qalıb.

Final mərhələsində iştirak edəcək ifaçılar arasında Finlandiyanın “Liekinheitin” mahnısı hazırda əsas favoritlərdən biri kimi göstərilir.