“Moderna” yüksək ölüm riski daşıyan hantavirusa qarşı yeni “mRNA” peyvəndi layihəsini açıqlayıb.
“Qafqazinfo”nun xəbərinə görə, şirkət bildirib ki, layihə üzərində işlər hələ 2023-cü ildən başlayıb və bu istiqamətdə Koreya Universiteti Tibb Məktəbinin Peyvənd İnnovasiya Mərkəzi ilə əməkdaşlıq edilir.
Mövzu xüsusilə “MV Hondius” gəmisində qeydə alınan hantavirus halları fonunda yenidən gündəmə gəlib. Məlumata görə, elandan sonra “Moderna” şirkətinin səhmləri də yüksəliş göstərib.
Ümumdünya Səhiyyə Təşkilatı gəmidə aşkarlanan yoluxma hallarının “Andes hantavirusu” ilə bağlı olduğunu bildirib. Bu virus növü insandan insana keçə bilən nadir hantavirus variantlarından biri hesab olunur.
Qeyd edilir ki, hantavirusun bəzi növlərində ölüm faizi 40 faizə qədər yüksələ bilir. Hazırda Avropa və Amerikada bu virusa qarşı rəsmi təsdiqlənmiş geniş istifadəli peyvənd mövcud deyil.
Şirkətin hazırladığı yeni “mRNA” peyvəndinin gələcəkdə virusla mübarizədə mühüm rol oynaya biləcəyi bildirilir.
Son xəbərlər
Son Xəbərlər