Cəbrayıl və Füzulidə açıq ərazidə yanğın - Saxlanılan var-Yenilənib

cebrayil-ve-fuzulide-aciq-erazide-yangin
Oxunma sayı: 3921

Cəbrayıl və Füzuli rayonlarında yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazində başlayan yanğın Füzuli rayon Qazaxlar Mirzənağılılar kəndi ərazilərinə yayılıb. 

Yanğın sərhəd boyunca genişlənməyə davam edir.

Əraziyə FHN-nin Füzuli rayonunun yanğınsöndürən bölməsinin 3 maşını şəxsi heyətlə, Cəbrayıl rayonundan isə 2 yanğınsöndürın avtomobili şəxsi heyətlə cəlb olunub.

Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Əhmədalılar qəsəbəsi, Qazaxlar və Mirzənağılı kəndləri istiqamətində açıq ərazidə yanğın baş verib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq olaraq Cəbrayıl və Füzuli Rayon Yanğından Mühafizə hissələrinin qüvvələri cəlb olunub.

Hazırda əsasən kol-kosdan ibarət sahələrdəki yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Yanvar ayının 7-də Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndinin ərazisində əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğını 1960-cı il təvəllüdlü F.Abbasov tərəfindən törədildiyi müəyyən edilib.

Hadisə nəticəsində 1 hektar ərazidə quru ot sahəsi yanıb.

Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Ziya Əmirxanlı